27.11.2010

ƏSGƏROVA SALATIN ƏZİZ qızı


ƏSGƏROVA SALATIN ƏZİZ qızı 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi başa vurmuşdur. Salatın həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Lakin Salatın jurnalist kimi fəaliyyət göstərir. 1991-ci il…Yanvarın 9-u…O, Laçından Şuşaya gəlirdi yolun 6-cı kilometrliyində Qaladərəsi kəndi yaxınlığında ermənilər maşını yaxın məsafədən atəşə tuturlar. Tanınmış jurnalist, ”Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova vəhşicəsinə qətlə yetirilir.

Ailəli idi. Bir oğlu yadigar qalıb.Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı “ adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. ”Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

ORUCOV VƏZİR SURXAY oğlu


ORUCOV VƏZİR SURXAY oğlu 26 dekabr 1956-cı ildə Tərtər rayonunda anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1975-77-ci illərdə hərbi xidmətdə olmuşdur. 1984-cü il Rusiyanın Arxangelsk vilayətinə köçmüşüdür. 1992-ci ildə Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq Vətənə dönür. 1992-ci il 4 may Tərtər özünümüdafiə batalyonlarından birinə daxil olur. Vəzir sıravi döyüşçü olduğu halda komandir müavini vəzifəsinəcən yüksəlmişdi. Döyüşdən əvvəl düşmənin arxasına keçər canlı qüvvə və texnika haqqında dəqiq məlumatlarla geri dönərdi. Vəzir Orucov Marquşevan, Drombon, Levonarx, Madagiz, Sərsəng su ambarı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı olaraq düşmənin saysız planlarını puç etmişdi.

1 sentyabr 1992-ci il Çıldıran kəndi uğrunda gedən döyüşdə yaralanır bir müddət müalicə olununan Vəzir yenidən cəbhəyə dönür. 22 mart 1993-cü il Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu. Evli idi, bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Hüseynov Elman Süleyman oğlu


Azərbaycanın Milli Qəhrəmanı, mayor.

Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır.1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir.

1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünü müdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrini düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir. Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

1995-ci il yanvarın 15-də prezidentin fərmanı ilə ölümündən sonra“Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülmüşdür. Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda küçə var. Tərtər rayonunda qəhrəmanın büstü ucaldılıb.

Evli idi. Üç övladı qalıb