23.07.2010

TƏRTƏR

Rayonun əhalisinin sayı 94.200 nəfər, rayon mərkəzi - Tərtər şəhəri, onun əhalisinin sayı 17.900 nəfərdir.
Bərəkətli Qarabağ diyarı Azərbaycanın ən qədim regionlarından biridir. Vaxtilə mərkəzi şuşa şəhəri olan məşhur Qarabağ xanlığı burada yerləşmişdir. Bu diyarda çoxlu tarix-memarlıq abidələri, zəngin fauna və flora vardır. Azərbaycan xalçalarının əlvan növlərindən biri olan Qarabağ xalçası burada yaranmış, məşhur Qarabağ cıdır atları cinsi burada yetişdirilmişdir. Belə zəngin bir təbii şəraitə malik olan bu diyarın Azərbaycan torpağına çoxsaylı istedadlı şairlər, yazıçılar və musiqiçilər bəxş etmişdir.

Ən məşhur xanəndələr - muğam ifaçıları (muğam - Azərbaycanın milli musiqi janrıdır) Qarabağdan çıxmışdır. Müğam melodiyaları isə Azərbaycanın milli opera sənətinin əsasını təşkil edir.

TƏRTƏR RAYONU Tərtərçayın aşağı axarında yerləşir, şimal tərəfdən İncəçayı ilə hüdudlanır, burada qış fəslində temperatur müsbət iki dərəcədən aşağı enmir, yayda isə çox nadir hallarda 25 dərəcəni aşır. Rayon ərazisində iqlim müxtəlifdir - burada bəzi bölgələrdə mülafim iqlim, bəzi yerlərdə isə yarımsəhra iqlimi müşahidə olunur. Məhz bu cür dəyişkən iqlim şəraitinə görə burada qoyunçuluq geniş inkişaf etmişdir. Xaçınçay da bu rayonun ərazisindən keçir. Vaxtilə bu ərazi Azərbaycanın erkən dövlət qurumlarından (Manna, Midiya, Atropaten, Qafqaz Albaniyası) biri olan Albaniya dövlətinin tərkib hissəsi olmuşdur.

TƏRTƏR ŞƏHƏRİ Tərtər rayonunun inzibati mərkəzidir. Şəhər Tərtərçayının hər iki sahilində, Bakıdan 332 km məsafədə yerləşir. Burada heyvandarlıq və kənd təsərrüfatı ilə yanaşı, qədim xalq sənətləri olan xalçaçılıq, toxuculuq və tikmə sənəti ilə də məşğul olurlar. Qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri vaxtilə Çaparxana adlanmışdır. Rayonun Tərtər, Kəngərli, Qaradağlı, Qaynaq, Azad Qaraqoyunlu kəndlərində bir sıra memarlıq obyektləri vardır.

Hiç yorum yok:

Yorum Gönder